21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Optik super-sürətli məlumat ötürülmə texnologiyası yaradılıb
Mühəndislər cəmi bir lazer vasitəsilə saniyədə 26 terabitədək məlumat ötürmək imkanı verən super-sürətli texnologiya yaradıblar. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu cür sürətin köməyi ilə dünyanın ən iri kitabxanası olan ABŞ Konqresi Kitabxanasında saxlanılan bütün məlumatları rəqəmli şəkildə 10 saniyə ərzində ötürmək mümkündür.
Olduqca sürətli məlumat ötürülməsi texnologiyasının əsasını bir şüada 300-dən artıq müxtəlif rəng yerləşdirmək imkanı verən “Furyenin sürətli dəyişikliyi” (Fast Fourier transform) deyilən bir effekt durur. Hər bir rəng özünün informasiya axınını kodlaşdırır. Alimlərin sözlərinə görə, sürətli telekommunikasiya texnologiyalarına tələbat dünya üzrə internetdə olduqca “ağır” kontentin yerləşdirildiyi fonunda daha da aydın hiss olunur.
Yeni işləmədə reallaşdırılmış əsas texnologiyalardan biri “multipleksləşmə ilə tezlikli düzbucaqlı bölüşdürülmə”, yəni şüanın bir neçə axın hissəsinə bölüşdürülməsi üsuludur. Bu axın hissələrindən hər biri öz məlumatlarına cavabdehdir və bu zaman şüanın özü heç bir hissəyə bölünmür.
Almaniyanın Karlsrue şəhərinin Texnologiya İnstitutunun fiziki Volhanq Froyden bildirib ki, nəzəri olaraq onların işləmələrinin həcmini genişləndirmək mümkündür və texnologiya yalnız lazer qəbuledicilərinin imkanları ilə məhdudlaşır: “Laboratoriya şəraitində biz saniyədə 100 terabit sürətli məlumat ötürmə texnologiyasını yoxlamışıq”.
Volhanq Froyde qeyd edib ki, onların işləmələrinin daha bir üstünlüyü enerji effektivliyidir. “Təsəvvür edin ki, sizdə məlumat ötürmək üçün 300 ayrıca lazer şüası və ya 300 spektrli bir şüa var. Belə ki, birinci halda sizə 300 dəfə daha artıq elektrik enerji tələb olunacaq”.