Çinin "Meizu" smartfon istehsalçısı bazarı təəccübləndirməkdə davam edir. Belə ki, 1800x1080 piksel təsvir ölçüsünə malik unikal displeydən sonra yeni qabaqcıl "Meizu MX3" modeli 128 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunacaq. Bununla bu samartfon sənaye tarixində ilk ən tutumlu model olacaq.

Lakin modelin 128 giqabaytlıq versiyasından yalnız "China Mobile" rabitə operatoru ilə müqavilə əsasında əldə etmək mümkün olacaq. Smartfon yalnız Çin operatorunun "3G" şəbəkəsində və ya digər operatorların "GSM" və "2G" şəbəkələrində işləyəcək.
Beləliklə, smartfondan hələlik yalnız Çində istifadə etmək mümkündür. İstehsalçının operatorla müqavilə olmadan model versiyası buraxmasını planlaşdırması hələlik məlum olmasa da, ekspertlər güman edirlər ki, telefon tezliklə beynəlxalq bazarda satışa çıxarılacaq.
Qurğu "Exynos 5 Octa" prosessoru və tərəflər nisbəti 15:9 təşkil edən 1800x10805 təsvir ölçülü 5,1 düymlük ekranla təchiz olunub. 128 giqabayt yaddaşlı versiyanın qiyməti təxminən 660 dollara bərabərdir. "Meizu" şirkətinin istehsalı olan bu məhsul hazırda bazarda 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik yeganə smartfondur. (ictnews.az)