İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azadlığa çıxan bloqçular nə işlə məşğuldular?

21.12.2010 [08:58]

Fontu böyüt:      

Bir müddət əvvəl şərti azadlığa buraxılan gənc bloqçular Adnan Hacızadə və Emin Milli necə reabilitasiya keçirlər? Hazırda nə işlə məşğuldurlar? 17 aylıq qapalı rejimdə yaşamaqdan sonrakı həyat onlara necə təsir edir? “Media forum” saytına danışan Adnan Hacızadə hazırda müalicə kursu keçdiyini və hələlik heç bir işlə məşğul olmadığını bildirib. O, əsəb sisteminin pozulmasından əziyyət çəkdiyini deyib: “Hazırda müalicəm davam edir, xeyli irəliləyiş var və özümü daha yaxşı hiss etməyə başlayıram”.

Bir müddət əvvəl şərti azadlığa buraxılan gənc bloqçular Adnan Hacızadə və Emin Milli necə reabilitasiya keçirlər? Hazırda nə işlə məşğuldurlar? 17 aylıq qapalı rejimdə yaşamaqdan sonrakı həyat onlara necə təsir edir?

“Media forum” saytına danışan Adnan Hacızadə hazırda müalicə kursu keçdiyini və hələlik heç bir işlə məşğul olmadığını bildirib. O, əsəb sisteminin pozulmasından əziyyət çəkdiyini deyib: “Hazırda müalicəm davam edir, xeyli irəliləyiş var və özümü daha yaxşı hiss etməyə başlayıram”.

Adnan Hacızadənin gələcək üçün konkret planları var: “Daha çox yaradıcı fəaliyyətlə, bədii kinematoqrafiya, internetdə çarxların hazırlanması ilə məşğul olacam. Yeni media dalğasına qoşulacam. Özümü dolandıra bilmək üçün yəqin ki, haradasa iş tapıb işləyəcəm. Ümumilikdə həbsdən öncə etdiklərimi indi də daha yüksək və keyfiyyətli səviyyədə davam etdirməyə çalışacam”.

Emin Milli həbsdən qabaqkı həyat tərzini eyni ilə davam etdirdiyini və fiziki durumunda heç bir problemin olmadığını deyib: “Həkim müayinəsindən keçmişəm, sağlamlığım normaldır. Bu barədə heç bir şikayətim yoxdur. İşləməyə gəldikdə, əvvəlki fəaliyyətimin davamı olaraq tərcüməçi kimi çalışıram. Bəlkə də bunu çox adam bilmirdi, mən əvvəllər də müstəqil tərcüməçi kimi fəaliyyət göstərirdim. İndi də əvvəlki fəaliyyətimə qayıtmağa başlamışam. Vaxtımın qalan hissəsini ictimai işlərlə məşğul oluram, öz fikirlərimi yazmağa çalışıram”.

Emin Milli dustaqlığın onun həyatında heç nəyi ciddi dəyişmədiyini vurğulayıb: “Sadəcə olaraq 17 ay qapalı şəraitdə yaşadım. Sevdiyim insanlardan, əzizlərimdən, ətraf mühitdən təcrid olundum. Nəyi planlaşdırırdım, necə yaşayırdım, indi də elə davam etmək istəyirəm”.

Emin Milli təhsilini müəyyən proqramlar çərçivəsində xaricdə davam etdirmək istəyir: “Belə fikrim əvvəllər də vardı və indi də aktualdır. Lakin bundan sonra ən azı bir-iki il Azərbaycanda olacam”.

Adnan Hacızadə və Emin Milli 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında baş verən insidentdən sonra həbs olunmuşdular. Gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülmüş, Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilmişdi. Onlar 2010-cu ilin noyabrında məhkəmə qərarları ilə azadlığa çıxıblar.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar