Fontu böyüt:
Azərbaycanı Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun katibi Salman Hüseynov təmsil edir
Bu gün Avstriyada Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində elektron kommunikasiyaların tənzimlənməsi üzrə seminar başlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, seminar 2 gün davam edəcək.
Azərbaycanı tədbirdə Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun katibi Salman Hüseynov təmsil edir. Seminar çərçivəsində elektron kommunikasiya şəbəkələrinin tənzimlənməsi, onların rəqabətə davamlılığı, Şərq Tərəfdaşlığı proqramına daxil edilmiş ölkələrdə informasiya cəmiyyətinin inkişafı ilə bağlı müxtəlif məsələlər, eləcə də digər əhəmiyyət kəsb edən istiqamətlər müzakirə olunacaq.