Fontu böyüt:
«Azercell Telecom» şirkətindən verilən məlumata görə, tədbirin keçirilməsinin əsas məqsədi öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdən ibarət olub. Yarmarka zamanı iştirakçılar üçün layihə idarəedilməsi, iş axtarışı, ictimai sektorda uğurlu karyera qurulması, Amerika təhsilli məzunların marketinq sahəsində işləməsi və s. mövzular üzrə sessiyalar keçirilib. Bununla yanaşı, tələbə və məzunlar 18-ə yaxın yerli və beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşüb və şirkətlərdə tələbə və məzunlara işə qəbul prosesi, mövcud vakansiyalar haqqında məlumatlar verilib. Belə ki, yarmarkada Azərbaycan Beynəlxalq Bankı, ATƏT, «Park Inn», «Procter & Gamble» şirkətləri, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və digər şirkət və təşkilatlar iştirak edib. Karyera Yarmarkasında gənclərə daim dəstək olan «Azercell Telecom» MMC-nin təmsilçisi də iştirak edib. İnsan Qaynaqları şöbəsinin əməkdaşı «Azercell»də işə qəbul və şirkətin elan etdiyi təqaüd proqramı haqqında məlumat verib, məzunları maraqlandıran sualları cavablandırıb.
Karyera Yarmarkasının ən maraqlı məqamlarından biri də «Azercell»in təşəbbüsü ilə 150-yə yaxın tələbənin iştirak etdiyi tədbirin iştirakçıları arasında lotereya oyununun təşkil edilməsi olub. Belə ki, şirkət haqqında sualları doğru cavablandıran 3 tələbəyə «Ipod Nano» hədiyyə olunub.