Fontu böyüt:
Yeni media sahəsində mövcud olan problemlərin və gələcək planların müzəkirə ediləcəyi tədbirdə 100-ə yaxın şəxsin iştirakı planlaşdırılıb.
Forumu təşkil etməkdə əsas məqsəd bu sahədə çalışan və marağında olan hər kəsin birgə müzakirəsinə nail olmaqdır. Ənənəvi forumlardan fərqli olaraq müzakirə olunacaq mövzular öncədən deyil, tədbir zamanı məhz iştirakçılar tərəfindən təyin olunacaq. Forum öncəsi keçirilmiş sorğular göstərir ki, iştirakçıları ən çox maraqlandırılan məsələlər olan – texniki imkanların genişləndirlməsi, efektivliyinin artırılması və tanıdılması istiqamətində müzakirələrin aparılacağı gözlənilir. Bu müzakirələr həmçinin dövlət, biznes və digər qurumlar ilə yeni media nümayəndələri arasında gələcək əməkdaşlıq və inkişaf üçün böyük rol oynaya bilər. Bundan əlavə, tədbir zamanı hər bir iştirakçı öz nəaliyyət və təcrübəsini bölüşmək üçün təqdimatla çıxış edə bilər.
Bloqosfer 2010 Azərbaycanda bu xüsusiyyətləri özündə cəmləşdirən ilk forumdur. Burada üslubundan və sahəsindən aslı olmayaraq (texnoloji, sosial, elmi, ümumi, biznes və s) hər bir bloqçu və yeni müdia mütəxəssisi müzakirələrə qoşula və təkliflərini verə bilər.
Foruma qoşulmaq üçün müraciətlər www.bloqosfer.com internet ünvanında yerləşdirilmiş qeydiyyat formasına əsasən qəbul olunur. İştirak istəyində olan hər kəs 5 sentyabr tarixinə qədər qeydiyyatdan keçməlidir
Forum “İnformasiya Texnologiyaları, İnternet və Media” İctimai Birliyi (İTİM) və Barkamp Azərbaycanın təşkilatçılığı, Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu və ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Əlaqə üçün:
Azər Nəzərov
Tel: +994 50 648 93 71
Email: [email protected]