İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dünya ədəbiyyatı kitabxanasının 36 cildi hazırdır

30.01.2009 [09:56]

Fontu böyüt:      

Toplunun hazırlanması zamanı keçmiş tərcümələrdən də istifadə edildiyini deyən A.Hacıyev mükəmməl tərcümə işlərinə üstünlük verdiklərini vurğulayıb: «Misal üçün, Homerin «İliada» və «Odisseya»sını, Dostoyevskinin cildlərini çap üçün götürəndə, Şekspirin, Qoqolun, Nazim Hikmətin, Yunus İmrənin, Tolstoyun, Fransua Rablenin, Servantesin əsərlərini seçəndə köhnə tərcümələrə üstünlük vermişik. Şura hesab edib ki, məşhur yazıçıların, tərcüməçilərin tərcümə etdiyi əsərlərin dilimizə yenidən çevrilməsinə ehtiyac yoxdur».

 

  150 cilddə buraxılması nəzərdə tutulan «Dünya ədəbiyyatı kitabxanası» toplusundan 25 cildi tərcümə edilib. Ümumilikdə isə 36 cild çapa hazırdır, onlar artıq nəşriyyata təqdim olunub. Məlumatı «Media forum» saytına «Dünya ədəbiyyatı kitabxanası» toplusunun çapa hazırlanmasında elmi-yaradıcı işləri, əsərlərin tərcüməsi ilə bağlı məsələləri kurasiya edən Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyev verib.

  Toplunun nəşr edilməsi haqqında sərəncamı prezident İlham Əliyev 2007-ci il avqustun 24-də imzalayıb. Həmin il dekabrın 30-da dövlət başçısı topluya daxil olan əsərlərin siyahısını təsdiqləyib. 2008-ci il sentyabrın 18-də isə İ.Əliyev toplunun çapının maliyyələşdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılması haqda sərəncam imzalayıb.

  A.Hacıyev «Media forum»a bildirib ki, əsərlərin tərcümə olunması üçün peşəkar mütəxəssislər işə cəlb edilib. O, tərcümə olunmuş əsərlərin müəlliflərindən Jorji Amadu, Henrix Böll, Orxan Pamuk, Per Lagerkvist və digərlərinin adlarını çəkib: «Külliyyatın mündəricatının tərtib olunması ilə bağlı xüsusi şura yaradılıb. Hansı əsəri kimin tərcümə etməsini də şura müəyyənləşdirir».

  Toplunun hazırlanması zamanı keçmiş tərcümələrdən də istifadə edildiyini deyən A.Hacıyev mükəmməl tərcümə işlərinə üstünlük verdiklərini vurğulayıb: «Misal üçün, Homerin «İliada» və «Odisseya»sını, Dostoyevskinin cildlərini çap üçün götürəndə, Şekspirin, Qoqolun, Nazim Hikmətin, Yunus İmrənin, Tolstoyun, Fransua Rablenin, Servantesin əsərlərini seçəndə köhnə tərcümələrə üstünlük vermişik. Şura hesab edib ki, məşhur yazıçıların, tərcüməçilərin tərcümə etdiyi əsərlərin dilimizə yenidən çevrilməsinə ehtiyac yoxdur».

  Prorektor fransız, alman, ispan, ingilis ədəbiyyatı antologiyalarının da artıq hazır olduğunu söyləyib.«Dünya ədəbiyyatı kitabxanası» «Şərq-Qərb» nəşriyyatında çap olunacaq.

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar