Fontu böyüt:
Mayın 17-18-də Bakıda “İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə, bu elm müəsissəsinin təşkilatçılığı ilə reallaşacaq elmi-praktiki konfrans 17 may - İnformasiya Cəmiyyəti Gününə həsr olunub.
Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, informasiya texnologiyaları mütəxəssisləri və bu sahədə fəaliyyət göstərən digər şəxslərin iştirakı gözlənilir.
İnformasiya təhlükəsizliyinin multidistiplinar problemlərinin müzakirəsi, əldə olunan nəticələrin ölkə ictimaiyyətinə çatdırılması nəzərdə tutulur.