Fontu böyüt:
Sentyabrın 21-i gecə saat 4.30-da mak.az – Online Marketinq Jurnalının Forumu 3 erməni xaker tərəfindən ələ keçirilib. Xakerlər forumdakı bəzi texniki boşluqları əvvəlcədən görüb və planlı şəkildə hərəkət ediblər. Onların üzv olduğu bəzi forumlarda bu barədə elanlar verməsi əməliyyatın planlı şəkildə edildiyini göstərir. Amma forumun bəzi texniki boşluqları olsa da, inkişaf etmiş tərəfləri onların sayta keçməsi və forumu tamamilə ləğv etməsinə əngəl olub. Hazırda sayt öz fəaliyyətini tam mənada davam etdirməkdədir. Forumda isə bərpa işləri davam edir. Texniklər forumdan minimum informasiya itkisi üçün çalışırlar. Xakerlərin forumun adminstrasiyasına müdaxiləsi tam aradan qaldırılıb. Texniki problemlər də forumun təhlükəsizliyi və forumçuların rahatlığının təmini istiqamətində aradan götürülür.
Beləliklə bazar günü gecə saatlarında "işğal olunan" forum yaxında tam gücüylə, hətta bəzi yeniliklərlə işinə başlayacaq.
Bu məsələnin təməllərini araşdırdıqda isə çox maraqlı bir fakta rast gəldik. İnternet aləminə yaxın şəxslər hazırda Azərbaycan və Ermənistan hakerləri arasında virtual müharibədən xəbərdardırlar. Azərbaycanlılar son 1 ildə 20-dən çox vacib erməni saytına "Azərbaycan bayrağı asıb". Xüsusilə bəzi bank saytları, Gənclik və İdman Nazirliyinin saytı və Armenia TV-nin saytının bizimkilər tərəfindən ələ keçirilməsi erməni xakerlərə yumuşaq desək "toxunub". Ən son isə Elnur Məmmədlinin Olimpiya Çempionu olması ilə eyni gündə Ermənistan Təhsil Nazirliyinin saytı dağıdılıb. Bundan sonra bir erməni haker qrupu Azərbaycan forumlarına tamah salıb və mak.az-ın forumu seçilib. Hadisələrin sonrakı gedişatını isə bilirsiz.
Sayt adminstrasiyasının verdiyi məlumata görə, ən yaxın zamanda forumun işini tam gücüylə bərpa etməsi üçün səyləri davam etdirilir.