Fontu böyüt:
Xeberler.az İnformasiya və Kommunikasiya Texnologiyaları saytı yeni dizaynda fəaliyyət göstərəcək.
Xeberler.az-ın təsisçisi
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz saytın İKT media
bazarında daha operativ fəaliyyət göstərəcəyini bildirib: “Saytın dizaynında
xeyli dəyişiklik edilib, operativ xəbər paylaşmasına uyğunlaşdırıb. Video, Foto
bölmələri gücləndirilib. Saytın komandası da yenilənib. Baş redaktor həm media
və eləcədə İKT sahəsində kifayət qədər təcrübəli olan İsmayıl Rafiqoğludur”.
Osman Gündüz gələcək planlarla da
bölüşüb: “İnformasiya Texnologiyaları
yönümlü media sahəsində xeyli boşluq var: jurnalist araşdırmaları,
maarifləndirmə yazıları, maraqlı xəbərlər azdır. Uzaqbaşı hansısa sosial
şəbəkədən, məşhur şirkətin yeni avadanlığından xəbər verilir. İKT üzrə ciddi
layihələr, internet biznes - startuplar, internetin inkişaf
istiqamətləri, elektron hökumət quruculuğu, İT qanunvericilik, mobil sahənin
problemləri Xeberler.az-da prioritet olacaq”.