Gələn ildən təhsil sisteminin informasiyalaşdırılması layihəsinin növbəti mərhələsi başlayır.
Gələn ildən təhsil sisteminin informasiyalaşdırılması layihəsinin növbəti mərhələsi başlayır. Bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Sənəd müzakirə və təsdiq edilməsi üçün hökumətə təqdim olunub.
Nazirin sözlərinə görə, təxminən 80 min müəllim informasiya texnologiyaları üzrə bilik səviyyəsini artırmaqla müvafiq sertifikatlar əldə ediblər.
Nazir qeyd edib ki, hər 20 şagirdə bir masaüstü kompüter düşür. Paytaxtın demək olar ki, bütün məktəbləri internetə giriş imkanına malikdir. Göstərilən istiqamətlər üzrə ölkəmiz dünyanın bir çox dövlətlərini qabaqlayır.
Mənfi cəhət isə ondadır ki, orta məktəblərdə bütün informatika müəllimləri ali məktəb ixtisaslaşması keçməyiblər.