21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda 2015-ci ilin yanvar
ayında həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar dekabrın 31-dən xidmət edəcəkləri
hərbi hissə və qoşun növü barədə məlumatları Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytından və SMS vasitəsi
ilə dəqiqləşdirə biləcəklər.
Xeberler.az-bildirir ki, məlumatı APA-ya SHXÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nurəddin Heydərov
verib.
Nurəddin Heydərovun sözlərinə görə,
vətəndaşlar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsindən xidmət edəcəkləri
qoşun növünü dəqiqləşdirə bilərlər.
Bununla yanaşı, çağırışçılar
mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa
mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri
barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus
nömrələri olan şəxslərin istifadəsi mümkündür.
Nurəddin Heydərov xatırladıb ki,
SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il
çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr
tarixlərində aktivləşir.