İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert Sayyora Raxmankulova ilə görüş keçirildi

03.07.2012 [12:19]

Fontu böyüt:      

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert, fizika-riyaziyyat elmləri namizədi Sayyora Raxmankulova ilə görüş keçirilib
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert, fizika-riyaziyyat elmləri namizədi Sayyora Raxmankulova ilə görüş keçirildi.

Tədbirdə Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin və məktəblilərdən ibarət informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin Mahmudzadə, AR Təhsil Nazirliyinin “Təhsilin idarəolunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl Sadıqov və müvafiq sahə üzrə digər mütəxəssislər iştirak edirdilər.

Görüşdə müəllimlərin peşəkar səviyyəsinin yüksəldilməsində İKT-nin tətbiqi ilə yeni biliklərin əldə olunmasının əhəmiyyətindən söhbət açıldı, təkcə müəllimlərdə deyil, həm də gənc kadrlarda İKT bilik və bacarıqların, təfəkkür və dünya görüşünün formalaşmasının mühüm şərtlərdən olduğu qeyd edildi. Təhsildə İKT-nin tətbiqi, informatika fənni üzrə kurikulum proqramının məqsədi, vəzifələri və perspektivləri müzakirə olundu.

Azərbaycanda təhsilin informasiyalaşdırılması ilə bağlı görülən işləri yüksək qiymətləndirən qonaq informatika fənni üzrə kurikulumla bağlı apardığı araşdırmalar zamanı əldə etdiyi nəticələri diqqətə çatdırdı, dünya təcrübəsindən nümunələr gətirdi. Kurikulum proqramı üzrə keçirilən dərslərin uşaqların dünyagörüşünün inkişaf etməsinə və məntiqi bacarığının artmasına birbaşa təsir etdiyini vurğuladı.

S.Raxmankulova bildirdi ki, artıq bütün dünyada kompyuter və informasiya texnologiyalarının inkişaf problemləri, bu sahədə yüksək səviyyəli mütəxəssislərin hazırlanması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. İKT sahəsində nəzərə çarpan dinamik inkişaf kurikulum proqramlarının da daim inkişaf etdirilməsini zəruriləşdirir.

“Öyrədənin öyrədəni” devizi ilə Azərbaycanda təşkil olunan seminarlara münasibət bildirən qonaq qeyd etdi ki, müəllimlərin fəaliyyət dairəsinə yalnız müəllimlərin hazırlığına dəstək deyil, valideynlərlə iş, cəmiyyətin maarifləndirilməsi, cəmiyyətlə məktəbin, ailə ilə müəllimin əməkdaşlığının təşkil edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də daxildir.

AR Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi olan “Təhsil Sahəsində İkinci İslahat” layihəsinin “Kurikulum İslahatı və Tətbiqinə Dəstək” alt komponenti çərçivəsində Azərbaycanda təhsilin məzmununda keçirilən islahatların qənaətbəxş olduğunu vurğulayan S.Raxmankulova İngiltərə və Kanadada informatika üzrə kurikulumun inkişaf metodları haqqında maraqlı açıqlamalar verdi. Mütəxəssislərin suallarını cavablandırdı.

Görüşdə fənlərin məzmununun daim təkmilləşdirilməsi, təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması, nəticəyönümlü fənn kurikulumlarının hazırlanıb tətbiq olunması, təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə müvafiq prinsip əsasında müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

ict.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar