21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.
IKT Informasiya Merkezindən xeberler.az-a verilən məlumata əsasən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının” tələblərinə uyğun yaradılan Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdir.
Qeyd edək ki, elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadə ediləcəyi planlaşdırılır. Milli Təhsil Portalında (Edu.az) yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulmuş bütün məktəbləri istifadə edə biləcəkdir.
Yaradılan elektron tədris resurslarının qiymətləndirilməsi Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununun, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumunu) və digər müvafiq sənədlərin əsas müddəalarına və tələblərinə uyğun həyata keçiriləcəkdir.