21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Google" koorporasiyanın baş direktoru Arik Şmidt bildirib ki, onların rəhbərlik etdiyi şirkət "Facebook" sosial şəbəkəsi ilə əməkdaşlıq etməyə çalışıb, lakin onların cəhdləri heç bir nəticə verməyib, - “MigNyus” xəbər verir.
Şmidtin sözlərinə görə, şirkətin nümayəndələri San-Fransiskoda keçirilən konfransda görüşüblər. Lakin təklif edilən mümkün variantlara baxmayaraq, "Facebook" əməkdaşlıqdan imtina etdi və "Google"-yə öz məlumatlar bazasından istifadə etməyə imkan verməyib.
“Biz "Facebook"-u bu əməkdaşlığın nə dərəcədə önəmli olduğuna inandırmağa çalışdıq, lakin onlar buna məhəl qoymadılar”, - deyə "Google" rəsmisi bildirib.
Qeyd edək ki, günü-gündən "Facebook" sosial şəbəkəsində müxtəlif istifadəçilər tərəfindən yerləşdirilən özəl və qeyri-adi məlumatların sayı artmaqdadır. Lakin "Google" axtarış sistemi həmin məlumatları öz xidməti üçün istifadə edə bilmir.