İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

INTERNET MEDİASI TƏHLÜKƏDƏN QURTULDU?

06.07.2010 [11:28]

Fontu böyüt:      

Srağagün Bakıda keçirilən "Yeni media erasının dəyərləri" adlı konfransda mətbuatın problemləri ilə bağlı ciddi diskussiyalar yaşanıb. Bunlardan biri də internet mediasının lisenziyalaşdırılması ilə bağlı olub. ATƏT-in media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti deyib ki, Azərbaycanda internetin lisenziyaya cəlb edilməsi söz azadlığının daha da məhdudlaşdırılması demək olardı.

Srağagün Bakıda keçirilən "Yeni media erasının dəyərləri" adlı konfransda mətbuatın problemləri ilə bağlı ciddi diskussiyalar yaşanıb. Bunlardan biri də internet mediasının lisenziyalaşdırılması ilə bağlı olub. ATƏT-in media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti deyib ki, Azərbaycanda internetin lisenziyaya cəlb edilməsi söz azadlığının daha da məhdudlaşdırılması demək olardı. Əgər hökumət bu addımı atsa, siyasi problemlərlə üzləşmiş olacaq. Dünyanın bu məsələyə yanaşması fərqli olacaq. Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovsa öz növbəsində internet televiziyalarının lisenziyalaşdırılması ilə bağlı hökumətin heç bir planı olmadığını deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti qlobal dünyanın qayda-qanunu bilir və heç vaxt belə bir bəyanat verməyib.  Bütün hallarda, hakimiyyət rəsmisi tərəfindən verilən bu açıqlama internet sahəsini təhlükə gözləmədiyini göstərir. Maraqlıdır, bu vəd nə dərəcədə inandırıcıdır? Bununla sözügedən sahə təhlükədən sığortalandımı?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bizə açıqlamasında xatırlatdı ki, eyni mövzu aprel ayında Milli Teleradio Şurasının ofisində keçirilən iclasda da müzakirə olunub. Müsahibimizin sözlərinə görə, həmin vaxt da internetin lisenziyalaşdırılması ilə bağlı məsələyə Ə.Həsənov ciddi reaksiya verib. O.Gündüz vurğuladı ki, hakimiyyətin bu sahə üzrə birinci şəxsi həmin tədbirdə internetin lisenziyalaşdırılması ilə bağlı planları olmadığını açıqlayıb: “Bu, sevindirici haldır. Ona görə də həmin gündən sonra biz bu mövzunu gündəmə gətirmədik. Sadəcə, son tədbirdə Haraşti özü bu mövzuya toxundu”.


Osman GündüzO.Gündüz bu sahəni başlı-başına buraxmağın da doğru olmadığını düşünür. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində çoxlu sayda qanun var ki, internet məkanında baş verən və ya baş verə biləcək neqativ halları tənzimləsin: “Bu məsələdə sərt mövqe tutulmasının tərəfdarıyam. Yetərli qanunlar var ki, onun təkmilləşdirilməsi işin xeyrinə ola bilər. Məsələn, uşaqların təhlükəsizliyi ilə bağlı qanun var ki, sabah kimsə internet televiziyasında pornoqrafiya və sair versə, Azərbaycan Respublikasının bununla bağlı qanunvericiliyi işə düşə bilər. Cinayət Məcəlləsində, eləcə də uşaqların hüquqları ilə bağlı qanunda bununla bağlı maddə var. Və ya tutaq ki, sabah kimsə internet televiziyası açdı, ordan konstitusiyanı dəyişməklə bağlı çağırış elədi. Bununla bağlı Cinayət Məcəlləsində maddə var. Yəni biz Azərbaycan İnternet Forumu olaraq bu məsələdə sərt mövqe tutulmasının tərəfdarıyıq ki, qanunvericilikdə indiyə qədər olan müddəalar təkmilləşdirilsin. Xüsusən də uşaqların təhlükəsizliyi ilə bağlı”.
Müsahibimiz ümid edir ki, Azərbaycan dövlət rəsmisinin bu bəyanatı həyata keçəcək: “Axı dünyanın özündə də bununla bağlı oturuşmuş bir mövqe yoxdur. Məsələn, Böyük Britaniyada uşaqlarla bağlı informasiya yayılmasında sərt mövqe var, qalan şeylər liberaldır. Türkiyədə Atatürklə bağlı sayt açıb, orada nəsə yerləşdirsən, dərhal cəzalana bilərsən. Almaniyada, Fransada rasizm prioritetdir. O barədə nəsə yazan sayt cəzalandırılır. Çində dövlət əleyhinə nəsə etsən, icazə almalısan. Yəni hərəsində bir cür yanaşma var. Amma necə yanaşma olmasından asılı olmayaraq, internet televiziyaya icazə alınması təcrübəsi yoxdur. Çünki bu, mümkün deyil. Dövlət icazə verməyəndə gedib saytı xaricdə də açmaq olar”.

MƏNBƏ: YENİ MÜSAVAT


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar