21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Gəncənin və bütün regionun ən iri müəssisələrindən biri olan “Billur Elektroniks” 12 illik fasilədən sonra öz fəaliyyətini bərpa edib və Koreyanın KTV Lobol şirkəti ilə birgə 21-düymlü “superslim” kineskopları ilə təchiz olunmuş maye kristal (MK) televizorların, eləcədə Hid texnologiyası bazasında 32, 40 və 46-düymlü MK-televizorların istehsalına başlayıb.
1news-un məlumatına görə, müəssisənin direktoru Tanrıverdi Ramazanov qeyd edib ki, ilk olaraq televizorların qərb regionunda satışı, eləcədə onların Gürcüstan və Dağıstana ixracı planlaşdırılır.
Gələcəkdə isə müəssisə kondisioner, DVD-qurğuları, personal kompüterlər və noutbuklar istehsal etmək niyyətindədir.
Hələ ki yeganə quraşdırma sexində 75 işçi çalışır.
xeberler.az/Ellada