Fontu böyüt:
Osaka Universitetinin alimləri özlərini son işləmələri – qız–robotu təqdim ediblər. Bu, indiyədək işlənib hazırlananlar arasında insana ən çox bənzər robotdur.
Repliee R-1 adlandırılan yeni robotu 5 yaşlı qıza bənzədiblər. Minlərlə xırda cihazlarla təchiz olunmuş bədən hissəsi silikon dəri ilə örtülüb, baş hissəsində saçlar hörülüb, gözlər isə vaxtaşırı qırpınır.
Cynerdyne şirkətinin mühəndislərinin sözlərinə görə, Repliee R-1 yaşlı insanlar və əlillərə qulluq göstərilən zaman əsas funksiyaların yerinə yetirilməsi üçün yığılıb. Xüsusi ilə bu funksiyalara müxtəlif əşyaların gətirilməsi daxildir.
Artıq bu günlərdə satışa çıxarılacaq robotun müəllifləri qeyd edirlər ki, androidin son dərəcədə real görünüşünə görə, onu əsl insan kimi qarşılayırlar. Universitetin professoru Xiroşi İşiquronun sözlərinə görə, robotu asanlıqla insanla səhv salmaq mümkündür ki, bu cür vəziyyət bütün vaxtını Repliee R-1-lə keçirməli olan şəxslər üçün olduqca vacibdir.
xeberler.az/Ələkbər