İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Həbs olunmuş blogerlərlə bağlı forum bağlanıb

03.08.2009 [16:06]

Fontu böyüt:      


Disput.az saytında “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin həbsi ilə bağlı açılmış mövzu forum administrasiya tərəfindən bağlanıb. Buna etiraz edən fəal bloqçu Əli Məmmədovun saytdakı istifadəçi hesabına isə qadağa qoyulub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Əli Məmmədovun özü məlumat verib. Ə.Məmmədov onu da vurğulayıb ki, məsələ ilə bağlı disput.az saytının administrasiyasına müraciət etsə də, heç bir nəticə əldə olunmayıb.

Disput.az saytının administratoru Elnur Baimov isə RATİ-yə bildirib ki, saytda heç bir mövzuya qadağa qoyulmayıb. “Sadəcə yerdəyişmə olub və gənc bloqçuların həbsi ilə bağlı mövzu artıq gündəmin əsas mövzusu olmadığına görə, “Xəbərlər”  bölümündən “Müzakirə” bölümünə keçirilib. Əgər biz bu məsələyə qadağa qoymaq istəsəydik, mövzunun açılmasına əvvəldən icazə verməzdik. Artıq bir aya yaxındır ki, bu mövzu saytdadır və kifayət qədər şərh yazılıb” – deyən E.Baimov iddiaların əsassız olduğunu əlavə etdi.
Əli Məmmədovun istifadəçi hesabına qadağa qoyulması ilə bağlı E.Baimov bildirdi ki, Ə.Məmmədov istifadəçi qaydalarını pozduğuna görə, ona belə bir sanksiya tətbiq edilib: “Onun söylədikləri sadəcə iftiradır və bunun gənc bloqçuların məsələsi ilə heç bir əlaqəsi yoxdur.”

RATİ-nin disput.az-da apardığı araşdırmalar nəticəsində məlum oldu ki, Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı mövzu saytda olsa da, Forumda müzakirəsi dayandırılıb və sonuncu şərh 22 iyul tarixində yazılıb. Artıq həmin mövzuya şərh yazmaq istəyərkən, sistem tərəfindən avtomatik “bu mövzu bağlanıb” xəbərdarlığı edilir və sayta heç nə yazmaq mümkün olmur.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar