Fontu böyüt:
Dekabrın son dekadası ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC regionlarda bir sıra yeni tikilmiş poçt şöbəsi binalarının istifadəyə verilməsini planlaşdırır.
Nazirlikdən verilən məlumata görə, dekabrın 22-23-də Lerik (Veri və Züvüc kəndləri) və Gədəbəy (Dəyirmandağ və Qaramurad kəndləri) rayonlarında poçt şöbələri üçün yeni binalar istifadəyə veriləcək.
Bundan başqa, dekabrın 28-29-da «Azərpoçt» MMC tərəfindən Ağdaş rayonunun Yuxarı Ləki, Ağsu rayonun Padar, həmçinin Yevlax rayonunun Xaldan və Tanrıqullar kəndlərində poçt şöbələri üçün yeni binalar istismara veriləcək.
Qeyd edək ki, bütün yeni poçt binaları milli üslubda tikilib, lazımi texniki avadanlıq və mebellə təchiz olunub.