İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Amerikalılar gələcəyin qurğusunu yaradıblar

06.02.2009 [12:29]

Fontu böyüt:      


 Massaçusets Texnologiya Universitetinin tədqiqatçıları (Massachusetts Institute of Technology - MIT) istənilən səthi sensor ekrana çevirmək imkanına malik qurğu yaradıblar.

  Qurğunun təchiz olunduğu detalların qiyməti təxminən 300 ABŞ dolları təşkil edir. Burada veb-kamera, mobil telefon və batareya ilə işləyən kiçik proyektor quraşdırılıb. Tədqiqatçılar qeyd edirlər ki, onların yaratdıqları cihaz istənilən səthdə kompüter işçi masasının proyeksiyasını salır. Belə vəziyyətdə işçi masasını yalnız əl hərəkətləri ilə idarə etmək mümkündür.

  Yeni qurğu vasitəsilə fotoşəkillər çəkmək mümkündür, lakin bunun üçün istifadəçi kadrın sərhədlərini əlləri ilə nişanlamalıdır. Bundan əlavə qurğunun köməyi ilə vitrindəki malları müəyyən etmək və bu mallar haqqında ətraflı məlumat əldə etmək olar.

  Həmçinin MIT-in yeni işləməsi internetə çıxış imkanı ilə təmin olunub. Belə ki, istifadəçi internetdən istənilən məlumatı yükləyə və şəbəkəyə məlumat daxil edə bilər.

  Yaradıcıları tərəfindən altıncı hiss adlandırılan qurğunun seriyalı istehsalı barədə məlumat təqdim olunmur. Tərtibatçılar yalnız qeyd edirlər ki, bu cür cihaz üzərində hələ kifayət qədər işləmək lazımdır. Onlar belə qurğuların analoqlarının təqribən on ildən sonra insan beyninə daxil edilən implantant kimi istifadə olunacağını istisna etmirlər.  www.mincom.gov.az

         
 


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar