21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Uninet” şirkəti bu gün “Delta Telekom” şirkətinin xarici internet kanalında problemlər yaşanması ilə əlaqədar göstərdiyi internet xidmətlərində problemlər yarandığın bəyan edib.
“Delta Telekom” şirkətinin texniki direktoru Rahid Ələkpərli “Uninet” şirkətinin yaydığı məlumatı APA-ya şərh edərkən bildirib ki, hazırda “Delta Telecom”un üç istiqamətdə dörd alternativ çıxış kanalı mövcuddur və bu istiqamətlərin hər hansında problem yarandığı halda, onun trafiki rezerv kanala yönəldilir, nəticədə son istifadəçi təminatlı internet xidmətləri ilə təmin edilir.
Bundan başqa, “Delta Telecom” şirkəti provayder tərəfindən hər 1 Mbit/s internet tutumu alındıqda, 3 Mbit/s internet tutumu xaricdən alır ki, provayderlərə təminatlı trafik təqdim etsin. Buna görə də R.Ələkbərli “Uninet” şirkətinin yaydığı məlumatın əsassız olduğunu bildirib.
Xarici çıxış kanallarına gəldikdə, R.Ələkbərli deyib ki, Bakı-Sumqayıt Şimal istiqamətində yol təmiri nəticəsində kanalın işinin dayandırılması ilə bağlı olaraq onun trafiki avtomatik olaraq Bakı-Şamaxı-Quba Şimal istiqamətində rezerv çıxış kanalına yönəldilib.
R.Ələkbərlinin sözlərinə görə, hazırda Bakı-Sumqayıt istiqamətində yaranan problem aradan qaldırılıb və artıq bir saatdan çoxdur ki, bu istiqamət normal rejimdə fəaliyyət göstərir.
Qeyd edək ki, “Delta Telecom” şirkətinin tətbiq etdiyi avadanlıq magistral xətlərin ötürmə imkanlarını 24Gb/s-dək artırmağa imkan yaradıb. “AzNet” seqmentinin tutumu 30 Gb/s təşkil edir və bu tutumun cəmi 3 GB/s yüklənilib. Şirkət fəaliyyətini SDH şəbəkəsi üzərində qurduğundan, yüksək dərəcədə şəbəkə rezervləşdirilməsi sistemi ilə təmin edilib.
Ekspertlərin rəyinə görə, provayderlərin yaşadıqları problemlərin əsası internet provayderlə son istifadəçi arasında yaradılan infrastrukturun qüsurlarındadır.