İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Günlərinə hazırlıq məsələləri müzakirə edilib

24.10.2013 [11:26]

Fontu böyüt:      

Məlum olduğu kimi 7 – 9 Noyabr 2013-cü il tarixlərində Bakıda Startup Günləri keçiriləcək. Startup Günləri çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq məqsədilə Startup Azərbaycan Təşkilat Komitəsi üzvlərinin , ekspertlərin və mentorların birgə görüşü keçirilib.
Məlum olduğu kimi 7 – 9 Noyabr 2013-cü il tarixlərində Bakıda Startup Günləri keçiriləcək. 
Startup Günləri çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq məqsədilə Startup Azərbaycan Təşkilat Komitəsi üzvlərinin , ekspertlərin və mentorların birgə görüşü keçirilib.
Görüşdə Startup Günləri çərçivəsində keçiriləcək tədbirlərin uğurla başa çatdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Startup Günləri Prıqramının yekun variantı müzakirə edilib. 
Startup Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan Konfransa hazırlıq məsələləri də diqqət mərkəzində olub.
Görüşdə daha çox yeni fəaliyyətə başlayan gənc startupçılarla birgə keçiriləcək tədbirlərin təşkili məsələsi müzakirə olunub. Tərdbirlərə qatılan gənc startapçıların maraqlı ideyalarının təqdim edilməsi və ən yaxşı ideyaların üzə çıxarılmasının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. 
Ən yaxşı ideyalar ətrafında komandaların formalaşması və uğurlu ideyalar əsasında layihələrin ilkin variantlarının hazırlanması üçün daha effektiv mexanizimlər təklif olunub. Layihələrin ilkin variantının yaradılması prosesində ekspert və mentorlardan ibarət komandanın startupçılara dəstəyinin çox vacib olduğu diqqətə çatdırılıb. Layihələrin qiymətləndirilməsi və qaliblərin mükafatlandırılması məsələsinə də xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Görüş iştirakçıları yalnız maraqlı və innovativ ideyaları olanların gənc stratupçılarla bağlı tədbirlərə qatılmasının daha faydalı olacağını bildiriblər.
Görüşdə Starup Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan  Təlimlər və yerli startup sahiblərinin yeni fəaliyyətə başlayan gənc startupçılarla görüşlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər. Bu tədbirlərin də uğurlu alınması üçün maraqlı təkliflər səsləndirilib.
Görüşdə irəli sürülən təklif və rəylər nəzərə alinmaqla  Startup Günləri Proqramının yekun variantının  bir daha nəzərdən kçeirilməsi , təsdiq edilməsi və saytda yerləşdirilməsi məqsədə uyğun hesab edilib.
Startup Günləri çərçivəsində keçiriləcək tədbirlərlə bağlı əlavə məlumat almaq, təklif və rəylər təqdim etmək üçün  əlaqə: [email protected], [email protected] 
Startup Günlərinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi və Yüksək Texnologiyalar Parkı  dəstək verir. 
Startup Günlərinin Baş sponsoru Bakcell şirkətidir.  
İnfiPro şirkəti də Startup Günləri Layihəsinə dəstək verir.
Görüşdən hazırlanan foto materiallar:  www.fb.com/startupdaysaz
Geniş məlumat : www.startupdays.startup.az 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar