İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Cib telefonunun insan orqanizminə verdiyi zərərlər hansılardır?

23.07.2009 [14:45]

Fontu böyüt:      

Mobil telefonlarda hər gün yaradılan dəyişiklik insanı ona daha da bağlayır. Deməli yenilik insanda asılılıq yaradır. Bəs mobil telefonlar həyatımız üçün hansı təhlükələr yaradır?

İnsanlar bütün dövrlərdə özləri üçün rahat olanını yaratmağa çalışıblar. Texnologiyada hər gün baş verən dəyişikliklər insanların hələ də axtarışda olduğunu göstərir.

Lakin hər bir yenilik özü ilə bərabər müxtəlif fəsadlar da gətirir. Məsələn, telefonun kəşf edilməsi insanlar arasında ünsiyyəti asanlaşdırdı. Lakin qohumlar arasında gediş-gəlişi azaltdı.

Cib telefonlarının kəşfi isə inasanları daha da tənbəlləşdirdi. İndi hər şey mobil telefonun köməyi ilə görülür. Ödəmələrdən tutmuş bank köçürmələrinə qədər hər şey mobil internet vasitəsilə görülür.

Mobil telefonlarda hər gün yaradılan dəyişiklik insanı ona daha da bağlayır. Deməli yenilik insanda asılılıq yaradır. Bəs mobil telefonlar həyatımız üçün hansı təhlükələr yaradır?

Aparılan araşdırmalar göstərir ki, mobil telefonla çox danışdıqda insan orqanizmi xərçəngə və qıcolmalara daha meylli olur, sonsuzluq yaradır. Cib telefonundan çox istifadə edəndə insanın dirsəyində və biləklərdə sinir sıxışması baş verir.

Amerikalı həkimlərin “Cleveland Clinic Journal of Medicine” jurnalında yazdıqları məqalədə cib telefonundan çox istifadənin barmaqlarda qarışqalanmalara, əldə əzələ itkisinə, dirsəkdə toxuma pozulmalarına səbəb ola biləcəyi açıqlanıb.

Məqalədə imzası olanlardan Dr. Peter Evans, cib telefonuyla uzun müddət danışıldığında barmaqlarda uyuşmaların başladığını vurğulayıb. Evansın fikrincə, əgər vaxtında tədbir görülməzsə istifadəçi əlinin əzələ gücünü itirə bilər. Bu da insanın şüşə qapağını belə açmaqda çətinlik çəkməsinə səbəb olar. Məqalədə bu xəstəliyə tibbdə “kübital kanal sindromu” adı verilib. Əgər qol 90 dərəcədən çox uzun müddətli bükülü vəziyyətdə qalarsa, bu qolda və dirsəkdə sinir gərilməsini artırar və xəstəliyə tutulma ehtimalı çoxalar.

Dr.Evans “kübital kanal sindromu”nun şəkər xəstəliyindən də yarandığını deyib. Amma telefon xəstələrində bu sindroma daha çox rast gəlinir. Bəs bu xəstəliyə tutulmamaq üçün nə etmək lazımdır? Dr.Evans məsləhət görür ki, cib telefonları ilə çox danışada əl tez-tez dəyişdirilməlidir. Qollar sərbəst şəkildə tutulmalıdır. Bunlara riayət etmək kafi sayılır.

Həkimlər mesaj yazmağın da insan sağlamlığına zərər vurmasını açıqlayıblar. Həddən artıq mesaj yazmaq baş barmaqda ağrılara və sinir sıxışmalarına səbəb ola bilər.

Ümumiyyətlə, cib telefonu ilə çox danışmaq eşitmə orqanlarına da pis təsir göstərə bilər. Araşdırmalara görə, insan telefonla uzun müddət danışanda qulaqda temperatur 40 dərəcədən yuxarı olur.

Hər şeyin həddən artığı insan üçün çox zərərlidir. Sağlamlığın qədrini də vaxtında bilmək lazımdır. Hər şey yeniləşə bilər, amma sağlamlıqda yenilik yoxdur. Bir dəfə zədələndisə çətin sağalır.


xeberler.az/Vüsalə
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar