İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda hər 100 nəfərdən 95-nin telefonu var

24.11.2010 [12:04]

Fontu böyüt:      

Yüksək göstəricilərə malik olan mobil rabitə sahəsində əhalinin hər 100 nəfərinə 95 telefon düşür. Əhali bütövlükdə çoxproqramlı radio-televiziya yayımı ilə əhatə olunub. Təsadüfi deyil ki, bu gün Azərbaycanın həm iqtisadi, texniki, həm də siyasi nöqteyi-nəzərindən mürəkkəb-transmilli İKT layihələrini reallaşdırmaq niyyəti dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov

Yüksək göstəricilərə malik olan mobil rabitə sahəsində əhalinin hər 100 nəfərinə 95 telefon düşür. Əhali bütövlükdə çoxproqramlı radio-televiziya yayımı ilə əhatə olunub. Təsadüfi deyil ki, bu gün Azərbaycanın həm iqtisadi, texniki, həm də siyasi nöqteyi-nəzərindən mürəkkəb-transmilli İKT layihələrini reallaşdırmaq niyyəti dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov noyabrın 23-də “Bakı Ekspo” Sərgi və Toplantı mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan “BakuTel-2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında bildirib.

Tədbirdə çıxış edən nazir bildirib ki, telekommunikasiya peykinin orbitə çıxarılması üçün işlər davam etdirilir. Bu sahədə müəyyən yüksəlişlər əldə edilib.

“Ölkəmizin təşəbbüskarı olduğu TransAvrasiya Super İnformasiya Magistralı layihəsi bir çox mötəbər qurumlar tərəfindən dəstəklənib, onunla bağlı BMT-nin Baş Assambleyasının uyğun qətnaməsi qəbul olunub və hal-hazırda layihənin həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılır. “Azdatakom” və “Xalq Kompüter” layihələrinin əhatə dairəsi genişləndirilir. Elektron imzanın tətbiqi üzrə işlər yekunlaşmaq üzrədir. İnnovativ fəaliyyətin təşkili xarici ixrac potensialının artırılması və kadr hazırlığının səviyyəsinin yüksədilməsi məqsədilə Regional İnnovasiya Zonasının yaradılması prosesi davam etdirilir".

Nazir onu da bildirib ki, rəqəmli televiziya sisteminin yaradılması mərhələlərlə həyata keçirilir: "Fəaliyyət proqramına uyğun olaraq, 2012-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının qoyduğu vaxtdan 3 il də tez yekunlaşacaq. Bütün bu nailiyyətlərin davamı olaraq, bu il qəbul olunmuş Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı var. Azərbaycan Respublikasında 2010-2011-ci illərdə Elektron Hökumətin formalaşdırılması üzrə fəaliyyət proqramı qarşımıza mühüm vəzifələr qoymaqla bərabər, ölkəmizdə informasiya cəmiyyəti quruculuğunu sürətləndirir".

Əli Abbasov qeyd edib ki, hər il keçirilən Bakutel sərgi və konfransı yeni tərəfdaşların tapılması, iqtisadi əlaqələrin genişləndirilməsi və dünyada mövcud olan ən yeni texnologiyalarla tanış olmaq üçün yaxşı bir platformadır.

"Əminəm ki, tədbir iştirakçıları İKT-nin geniş inkişafı mövzusunda səmərəli fikir mübadiləsi aparacaq, beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları dəyərləndirəcək, bu vacib prosesə öz töhfələrini verəcəklər. “BakuTel-2010” Beynəlxalq Sərgi və Konfransına uğurlu keçmə və bütün iştirakçılara müvəffəqiyyətlər arzulayıram”, - deyə Əli Abbasov vurğuladı.
 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar