Fontu böyüt:
Dünən Azərbaycanda Qeyri Hökumət Təşkilatlarını (QHT), donorları və kommersiya qurumlarını birləşdirən sosial şəbəkə - “AZNGO.com” yaradılıb.
Dünən Landmark Biznes Mərkəzində keçirilən tədbirdə bu haqda məlumat verilib.
Tədbirdə Azərbaycanın QHT sektorunun, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Portalın koordinatoru Vüqar Səfərov deyib ki, bu sayt Azərbaycanda Elektron Vətəndaş Cəmiyyəti funksiyasını yerinə yetirəcək. Layihənin məqsədi QHT-lərə fəaliyyətləri barədə müfəssəl məlumat vermək, ideyaların reallaşması üçün donorların tapılmasını təmin etməkdir. Başqa sözlə, donor və kommersiya təşkilatları ilə QHT - lər arasında şəbəkələşmənin yaradılmasına çalışılacaq.
Bunun üçün təşkilat saytda qeydiyyatdan keçməli və öz səhifəsini doldurmalıdır. Məsələn, təşkilatın keçirdiyi tədbirlər, məlumatlar, layihələr barədə hesabatlar qeyd olunmalıdır. Donorlar da qeydiyyatdan keçərək maliyyələşdirdikləri QHT-lərin fəaliyyətinə qiymət verə biləcəklər.
Bu, “Counterpart International” təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyin Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir.