21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Toplantıda milli internet ünvanların (az domeninin ) qeydiyyatının tənzimlənməsi, Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi sahəsində mövcud vəziyyət, Milli internet resursların Müsabiqəsi haqqında məsələlər müzakirə edilib.
Toplantıda RİTN tərəfindən müzakirəyə təqdim olunan Az domenlərinin qeydiyyatı haqqında ƏSASNAMƏ Layihəsinin Telekommunikasiya haqqında Qanunun tələblərinə və beynəlxalq normala cavab vermədiyi vurğulanıb. Müzakirəyə təqdim olunan Əsasnamə Layihəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ölkənin İnternet ictimaiyyətinin maraqları nəzər alınmamış, bu tələblərə cavab verən Qeydiyyat Qurumunun formalaşdırılması nəzərdə tutulmamışdır. Toplantıda Az domeninin Qeydiyyatı prosesinin legitimləşdirilməsi, bu sahədə inhisarçılığın aradan qaldırılması, normal rəqabət mühitinin və şəffaflığın təmin olunması üçün , Qanunvericiliyə uyğun Qeydiyyat Qurumu formalaşması üçün AİF tərəfindən səylərin gücləndirilməsi istiqamətində qərar qəbul edilib.
Toplantıda İnternetinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi ilə bağlı AİF tərəfindən RİTN- ə təqdim olunan Təkliflərin gerçəkləşməsi vəziyyəti ətrafında müzakirələr aparılıb. İnternetin qiyməti və keyfiyyəti ilə bağlı AİF tərəfindən aparılan Monitorinq və internet qiymətlərin digər ölkələrdəki qiymətlərlə müqayisəli formada ictimaiyyətə təqdim olunması müsbət dəyərləndirilib və bunun müntəzəm olaraq davam etdirilməsinin vacibliyi qeyd olunub. Ölkədə son bir neçə ayda İnternet xidmətlərinin qiymətlərində cüzi də olsa enmələr müşahidə edildi qeyd olunub. Ancaq bununla belə qiymətlərin hələ də kifayət qədər yüksək olaraq qaldığı bildirilib. Həmçinin İnternet xidmətlərin qiymətlərinin enməsinin onun keyfiyyətinin daha da pisləşməsinə gətirib çıxardığı vurğulanıb.
ATS - lər tərəfindən Provayderlərə tətbiq olunan tariflərin və qeyri-qanuni ödəmələrin isə RİTN –nin elan etməsinə baxmayaq ləğv olunmadığı və endirilmədiyi bildirilib. Toplantıda qiymətlərin endirilməsi istiqamətində mübarizənin davam etdirilməsi, haqsız rəqabət mühitinin aradan qaldırılması, sərbəst və azad rəqabətin, alternativ internet bağlantısının inkişaf etdirilməsi üçün səylərin artırılması qərara alınıb. Həmçinin İnternet xidmətləri sahəsində ƏDV-nin ləğvi ilə bağlı ölkə rəhbərliyinə müraciət edilməsi məqsədəuyğun hesab olunub.
Milli internet ünvanların müsabiqəsinin AİF tərəfindən yeni formatda təşkil olunması ilə bağlı razılıq əldə olunub.
AİF –in toplantısında yeni üzvlər qəbul edilib və bir sıra cari məsələlər də müzakirə olunub.
AİF
Veb: www.cit.az