Fontu böyüt:
Öncə Facebookun qurucusu Zuckerberg-in universitet dostları olan 2 əkiz qardaş Tyler və Cameron məhkəməyə Facebook ideyasının onlardan oğurlanması ilə bağlı müraciət etmişdilər. Lakin əkiz qardaşların iddialarına baxmayaraq Mark Zuckerberg bu məhkəmədə qalib gəlmişdi. Fakto.info-nun məlumatına görə sevinməyə macal tapmayan Mark Zuckerberg artıq daha bir məhkəmə iddiası ilə qarşı-qarşıya qalıb. Belə ki, Paul Ceglia adlı başqa bir şəxs Facebookun ən azı yarısının ona məxsus olması iddiasıyla məhkəməyə müraciət edib. 2003-2004-cü illəri arasında Zuckerberg ilə olan e-mail yazışmalarını da sübut olaraq ortaya qoyan Ceglia, "the face book" adını özünün tapdığını, hətta Zuckerbergin ev kirayəsini belə ödədiyini irəli sürür. Ceglia indi, 2003-cü ildə imzalanmış razılaşmada göstərildiyi kimi sosial şəbəkənin 50% hissəsini tələb edir. Qeyd edək ki, Facebook, 2004-cü ildə yaradılıb. //Fakto.info