İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azerspace-1” ilk özəl peykimizin orbitə çıxarılmasının müsbət məqamları və riskləri nə olacaq?

08.02.2013 [13:17]

Fontu böyüt:      

Osman Gündüz: “Peykin cəmi bir neçə Gb/bit sürət verə biləcəyini nəzərə alsaq ölkədə İnternetin inkişafına ciddi təsir edəcəyini düşünmək üçün əsas yoxdur. Lakin az həcmdə İnternet trafiki olaraq fors-major situasiyalarda bir alternativ olaraq faydalı olması şübhəsizdir”
Osman Gündüz: “Peykin cəmi bir neçə Gb/bit sürət verə biləcəyini nəzərə alsaq ölkədə İnternetin inkişafına ciddi təsir edəcəyini düşünmək üçün əsas yoxdur.  Lakin az həcmdə İnternet trafiki olaraq fors-major situasiyalarda bir alternativ olaraq faydalı olması şübhəsizdir”
Fevralın 8-də ilk özəl peykimiz olan “Azərspace-1” Orbitə buraxılıb. Peykin 20%-i Azərbaycan üçün, qalan hissəsi isə xaricə ölkələrə kommersiya məqsədilə istifadəyə verilməsi gözlənilir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz kosmik resursların bölüşdürülməsində iştirak etməyin ölkəmiz üçün çox önəmli olduğunu bildirib. O, “Azərspace-1”-in ölkəmiz üçün müsbət məqamlar ilə bağlı aşağıdakıları söyləyib: “Məhdud sayda olan kosmik ölkələr ailəsinə daxil olmağımız, xüsusilə də İKT sektorunda innovasiyaların inkişafı, yeni iş yerləri, yeni mütəxəssislərin hazırlanması və bütövlükdə gələcək üçün yeni infrastrukturun formalaşması baxımından bu xeyli faydalıdır”. Telekommunikasiya və İnternet infrastrukturun dayanıqlı və təhlükəsizliyinə müsbət təsir edəcəyini deyən O. Gündüz peykin Azərbaycanın imici üçün də çox əhəmiyyətli faktor olduğunu qeyd etdi.
Forumun Prezidenti peykin 80%-in kommersiya üçün istifadə edilməsinə belə fikir bildirdi: “Telekommunikasiya yönümlü Peyklər üçün gəlirli biznes qurmaq indiki dövrdə olduqca problemlidir. Digər kosmik dövlətlər və şirkətlər tərəfindən Peyk bazarı çoxdan zəbt olunub. Hələlik bizim Peykin resurslarının icarəyə verilməsi ilə bağlı hər hansı konkret Müqavilə haqqında məlumat yoxdur. Ciddi rəqabət olan bu bazarda niyyətlər hələ Müqavilə demək deyil. Cəmi 15 il ömrü olan Peykin gəlir əldə etməsi üçün RİTN və Azərkosmos ASC tərəfindən sərfəli müştərilərin axtarılması istiqamətində görüləcək işlər hələ qabaqdadır”
O. Gündüz bildirib ki oturuşmuş Peyk şirkətləri  adətən xidmətlərini  təqdim edərkən, əgər fors-major  situasiya yaranarsa dərhal bu şirkətə məxsus digər peykdən istifadə ediləcəyinə dair müştərilər qarşısında  öhdəlik götürürlər. Bu səbəbdən də  əlavə peyklərin olmamasının  da  müştəri  tapılmasına təsir edən amillərdən olacağını qeyd edib.  O, bu səbəbdən digər peyk şirkətləri ilə  münasibətlərin qurulmasına ciddi ehtiyac olacağını qeyd edib.
Osman Gündüz 10-15 il bundan əvvəlki illərə nisbətən indi bütün dünyada daha keyfiyyətli olan fiber-optik infrastrukturun da inkişaf etməsinin telekommunikasiya peyklərinin xidmətlərinə marağı azaltdığını diqqətə çatdırıb.
O, Peykin cəmi bir neçə Gb/bit sürət verə biləcəyini nəzərə alaraq ölkədə İnternetin inkişafına ciddi təsir edəcəyini düşünmək üçün  əsas olmadığını, lakin alternativ olaraq, az həcmdə İnternet trafiki olaraq fors-major situasiyalarda faydalılığını da vurğuladı.
Onun dediyinə görə  hökumət  məhz yuxarıda sadalanan risklərdən ehtiyatlanaraq bu Layihənin büdcədən maliyyələşdirilməsinə ehtiyat edib.
“Azərspace-1" –in 36 Transponderi olacağını və  1 Transponderdən ortalama 6 rəqəmsal TV kanal yayımlana biləcəyini də vurğulayan O. Gündüz bazarda 1 transponderin illik icarəsi təxminən 1 miln. $ olduğunu nəzərə çatdırıb.
O. Gündüz gələcəkdə həm biznes baxımından , həm də ölkənin ciddi problemlərinin həlli baxımından digər təyinatlı peyklərin , xüsusilə də ekoloji-meteoroloji yönümlü, kəşfiyyat yönümlü peyklərin buraxılmasının daha sərfəli olacağını qeyd edib.
O. Gündüz  indiki məqamda büdcə vəsaitlərinin daha çox yerüstü infrastrukturun qurulmasına, kadr hazırlığına yönəldilməsinin məqsədəuyğun olduğunu bildirib.
O, hazırda təxminən 11 ölkənin Peykləri orbitə çıxarmaq üçün infrastruktura malik olduğunu və təxminən 50 ölkənin də özəl peykə malik olduğunu diqqətə çatdırıb.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar