“İçərişəhər” dövlət tarixi-memarlıq qoruğu ərazisində simsiz rabitə (Wi-Fi) şəbəkəsi mayın ortalarında quraşdırılacaq.
“İçərişəhər” dövlət tarixi-memarlıq qoruğu ərazisində simsiz rabitə (Wi-Fi) şəbəkəsi mayın ortalarında quraşdırılacaq. Bu barədə "İçərişəhər" dövlət tarixi-memarlıq qoruğu idarəsi məlumat verib.
Wi-Fi ziyarətçiləri elektron bələdçi və bəzi internet-resurslara pulsuz girişini təmin edəcək.
W-Fi muzeylərin və tarixi-memarlıq qoruqlarının ziyarətçiləri üçün əlaqənin ən optimal üsuludur, çünki onlar bu standartı dəstəkləyən qurğulardan (noutbuklar, telefonlar, smartfonlar) istifadə edirlər.