21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Ümumdünya Poçt İttifaqının növbəti yaz sessiyasında iştirak edəcək.Bu haqda məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər.Məlumatda bildirilir ki, sabah İsveçrə paytaxtı Bern şəhərində Ümumdünya Poçt İttifaqının növbəti yaz sessiyası başlayır.
Aprel ayının 3-nə qədər davam edəcək sessiyada Poçt Əməliyyatları Şurasının komissiya və qrupları ilə yanaşı Administrativ Şuranın da müəyyən işçi və layihə qruplarının toplantıları keçiriləcək.
Sessiya çərçivəsində keçiriləcək bir sıra toplantılarda (23-27 mart) Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti iştirak edəcək.
Tədbirdə müzakirə olunacaq əsas məsələlər arasında ÜPİ-nin ötən ilin payız sessiyasında Azərbaycanın irəli sürdüyü poçt məsələləri üzrə əlavə öyrənilməyə göndərilmiş bir sıra təkliflərinin təkrar müzakirəsi, qanunsuz buraxılan poçt markalarına qarşı mübarizə tədbirləri, poçt sahəsində yeni elektron xidmətlər və s. məsələlər var.
Sessiyanın sonunda isə Poçt Əməliyyatları Şurasının plenar iclasları keçiriləcək, görülmüş işlərə yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycan ÜPİ-nin sonuncu Konqresində təşkilatın hər iki ali orqanlarına - Administrativ Şura və Poçt İstismarı Şurasına üzv seçilib. ÜPİ-nin hər iki rəhbər orqanında üzvlüyü, ölkəyə bu təşkilatın fəaliyyətində əsas məsələlər üzrə qərarların formalaşmasına təsir etmək imkanların