Fontu böyüt:
Facebook sosial şəbəkəsi istifadəçilərin sərxoş halda çəkilmiş şəkillərinin yayılmasının qarşısını almaq niyyətindədir.
Bizimyol.info Lenta.ru-ya istinadla bildirir ki, yeni hazırlanan
texnologiya sərxoş insanın şəklini adi fotodan ayıra biləcək, istifadəçiyə isə
xəbərdarlıq göndəriləcək.
Facebook-un
süni intellekt laboratoriyasının rəhbəri Yan Lekan belə bir elektron köməkçinin
əvəzsiz olduğunu, şəbəkə dostluğundakı insanların münasibətlərində vasitəçi
olacağını bildirib.
Yeni kəşf
həm də süni intellektin proseslərdə rolunu artıracaq, çünki texnologiya həm də
istifadəçilərin statuslarını təhlil edəcək, şəxsi həyatına və yazışmalarına
qarışacaq. Belə “onlayn senzor”un yaradılması istifadəçilərin qəzəbinə də səbəb
ola bilər, şəbəkə dəfələrlə istifadəçinin şəxsi məlumatlarından yararlanmaq
siyasətinə görə tənqid edilib.