Fontu böyüt:
Artıq Facebookda istifadəçilərin şifrəsinin oğurlanmasının yeni üsulu tapılıb. Belə ki, Facebookda olduğunuz vaxt sizə belə bir mesaj gələ bilər:
IYI GUNLER LUTFEN SIZDE BU SEREFSIZLERIN ACTIGI SAYFAYI SIKAYET EDIN
http://ataturkpicti.zxq.net/435816090482=group.html
SAYFADA ATAMIZA VE TURK MILLETINE HAKKARET EDIYORLARSIZI RIHASIZ ETIGIM ICIN UZGUNUM
Bu Facebook-un saxta bir variantıdır. Başqa sözlə saxta bir saytdır. Belə ki bu sayta daxil olduqda “Bir xəta baş verdi. Lütfən şifrənizi və email ünvanızı daxil edib yenidən cəhd edin!“ mesajı ilə rastlaşırsınız. Əslində heç bir xəta baş verməyib. Saytın əsas məqsədi sizin şifrənizi oğurlamaqdır. İlk cəhd etdiyinizdə sayt artıq şifrənizi oğurlayır. Və yenidən sizə eyni mesajı göstərir. Siz 10 dəfə şifrənizi və email ünvanınızı düzgün daxil etsəniz belə yenə də eyni ismarıcla qarşılaşacaqsınız./// fakto.info