Fontu böyüt:
Azərbaycanın CDMA-operatoru Catel şirkəti abunəçilərinin rahatlığının təmin olunması məqsədilə təqdim olunan xidmətlərin onlayn rejimdə ödəmə sisteminin tətbiq olunması haqqında elan edib.
Onlayn-ödəmə imkanını Silverkey Azerbaijan (Golden Pay ödəmə sisteminin operatoru) şirkəti ilə birgə istifadəyə vermiş Catel şirkətinin abunəçiləri bundan sonra kredit kartları vasitəsilə bütün lazımi ödənişləri internetdən həyata keçirə biləcəklər.