İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Magistraturaya hazırlaşanlara yeni xəbər

06.01.2015 [14:14]

Fontu böyüt:      

Bu il Azərbaycanda ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının məzmununda bəzi dəyişikliklər edib.

Bu il Azərbaycanda ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının məzmununda bəzi dəyişikliklər edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev deyib ki, ötən ilin iyun ayında “İnformatika” üzrə imtahanın məzmununda olan dəyişiklik artıq elan edilib və bu ildən həmin dəyişikliklər tətbiq olunacaq. O bildirib ki, bu ildən “İnformatika” üzrə qəbul imtahanlarında “Windows” əməliyyat sisteminin 7-ci versiyası və “Office” proqramlarının 2013-cü il versiyası üzrə qəbul aparılacaq: “Bu, informatika üzrə builki imtahanın məzmununda olan dəyişikliklərdir. Hələ iyun ayından TQDK-nın saytında yerləşdirilib və həmin proqram “Magistr” jurnalının 1-ci sayında çap edilib”.

N. Əliyev qeyd edib ki, tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman fransız və ya rus dilini, tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini, tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər isə xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər. Onun sözlərinə görə, filologiya ixtisasını Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi, Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Şöbə müdiri filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlərin ixtisaslaşma dilini xarici dil kimi seçə bilməyəcəklərini də açıqlayıb.

N. Əliyev deyib ki, ümumilikdə magistraturaya keçən ilki qəbul qaydaları olduğu kimi qalıb və bu il hər hansı dəyişiklik yoxdur: “Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar”.(APA)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar