Azərbaycanın yüksək texnologiya parkının iştirakçıları vergi ödəmələrindən və gömrük rüsumlarından tamamilə azad olunacaq. Trend-in məlumatına görə, bu barədə "Startup Azerbaijan" konfransında çıxışı zamanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji planlaşdırma, sərmayə və elmi potensial şöbəsinin rəhbəri Elçin Zeynalov bildirib.

Zeynalovun sözlərinə görə, bu qərar respublika höküməti səviyyəsində qəbul olunub.
Həmçinin, Azərbaycanda texnoparkların tikintisi layihəsi çərçivəsində güzəştli vergi ödəmələrinin tətbiqi haqqında da qərar qəbul edilib.
"Demək olar ki, texnoparkın iştirakçıları olan bütün şirkətlər 7 il ərzində tam olaraq vergi ödəmələrindən azad olunacaqlar. Gələcəkdə fiskal və monetar güzəştlərin tədbiqi də nəzərdə tutulur. Bunun üzərində işlər artıq gedir və onların nəticəsi respublikada İKT sektorunun canlanması olacaq", - Zeynalov bildirib.
Şöbə rəhbərinin sözlərinə görə, Azərbaycanda 2020-ci ilə qədər inkişaf konsepsiyası qəbul olunub. Bu sənədin reallaşdırılması çərçivəsində sonrakı 8-10 il ərzində ölkədə ÜDM-in iki dəfə artacağı güman edilir.
Burada ayrılmaz rolu iqtisadiyyatın qeyri-neft sektoruna aid olacaq. Məhz qeyri-neft sektorunda bugün İKT sahəsinə xüsusi diqqət ayrılır. Və bu gün bu sektor çox böyük inkişaf templəri göstərir və hər il dövlət büdcəsinə daha çox daxilolmalar məhz bu sahəyə aid olur", - Zeynalov bildirib.