Fontu böyüt:
S/N |
Tədbirin adı |
İcraçı struktur |
İcra müddəti |
1. |
Elektron xidmətlərin göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması və təkmilləşdirilməsi |
||
1.1. |
Rəsmi internet informasiya ehtiyatlarında yaradılmış xüsusi elektron xidmət bölməsi olan İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) portalının təkmilləşdirilməsi və bu portal vasitəsi ilə göstərilən elektron xidmətlərin genişləndirilməsi |
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi
|
Dekabr 2011-ci il |
1.2. |
İnternet Vergi İdarəsindəki mövcud Vergi kalkulyatorunun təkmilləşdirilməsi
|
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi |
Oktyabr 2011-ci il |
1.3. |
Vergi bəyannamələrinin vergi orqanları tərəfindən əvvəlcədən doldurulması sisteminin tətbiqi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və həmin sistemin ƏDV ödəyicilərinə münasibətdə ƏDV bəyannamələri üzrə ilk mərhələdə tətbiq olunması (Pre-filled tax return) |
Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Beynəlxalq münasibətlər idarəsi, Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi
|
2011-2012-ci illər |
2. |
Elektron xidmət bölməsində göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi |
||
2.1. |
Vergi bəyannamələrinin, hesabat və arayışların on-layn formada (məs: sadələşdirilmiş vergi bəyannaməsi kimi) vergi orqanlarına təqdim olunması, saxlanılması və çap edilməsi imkanının yaradılması |
Vergi ödəyicilərinə xidmət idarəsi, Maliyyə-təsərrüfat idarəsi
|
İyul 2011-ci il |
2.2. |
Vergi ödəyicilərinin və onların obyektlərinin, NKA-nın uçotu, fəaliyyəti ilə bağlı daxil olan ərizələrin təqdim olunmasının və cavablandırılmasının elektron şəkildə həyata keçirilməsi üçün imkan yaradılması |
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi, Vergi ödəyicilərinə xidmət idarəsi, Operativ nəzarət idarəsi
|
2011-2012-ci illər |
2.3. |
Elektron ödəniş sisteminin yaradılması və təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi
|
Vergi ödəyicilərinə xidmət idarəsi, Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi
|
2011-2012-ci illər |
2.4. |
Vergi ödəyicilərinə xidmət terminallarında göstərilən xidmətlərin, o cümlədən elektron xidmətlərin spektrinin genişləndirilməsi, yeni terminalların tikintisinin davam etdirilməsi
|
Vergi ödəyicilərinə xidmət idarəsi, Maliyyə-təsərrüfat idarəsi |
Dekabr 2011-ci il |
2.5. |
Elektron audit sisteminin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi barədə təkliflərin hazırlanması
|
Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi, Vergi auditi baş idarəsi |
2011-2012-ci illər
|
2.6. |
Elektron ticarət üzərində vergi nəzarətinin təşkili sahəsində beynəlxalq təcrübənin tədqiqi və bu sahədə təkliflərin hazırlanması
|
Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Beynəlxalq münasibətlər idarəsi, Vergi auditi baş idarəsi |
2011-2012-ci illər |
3. |
Elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsinin, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi |
||
3.1. |
İnternet vergi İdarəsi vasitəsi ilə vətəndaşların müraciətlərinin qəbulu, müraciətin qəbulu barədə bildirişin və hazırlanmış cavabın elektron şəkildə təqdim olunmasının təmin edilməsi |
Vergilər Nazirliyinin Aparatı |
İyul 2011-ci il |
3.2. |
Vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılması mexanizminin yaradılması
|
Vergi ödəyicilərinə xidmət idarəsi, Maliyyə-təsərrüfat idarəsi
|
Dekabr 2011-ci il |
3.3. |
Vergi borcları sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi (vergi borcunun olub-olmaması barədə Arayışın, üzləşdirmə Aktının, şəxsi hesab vərəqəsindən Çıxarışın, digər sənədlərin elektron şəkildə verilməsinin və s. xidmətlərin göstərilməsinin təmin olunması)
|
Vergi borclarının məcburi alınması işinin təşkili idarəsi |
Dekabr 2011-ci il |
3.4. |
İnternet resurslarından istifadə edilməklə vətəndaşların aidio-vizual qəbulunun təşkili imkanlarının yaradılması |
Vergilər Nazirliyinin Aparatı, Maliyyə-təsərrüfat idarəsi
|
2011-2012-ci illər |
4. |
Müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əslinin tələb edilməsi |
||
4.1. |
İnformasiya əldə edilməsi üçün Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə inteqrasiyanın genişləndirilməsi və təkmilləşdirilməsi
|
Vergilər Nazirliyinin aidiyyatı struktur vahidləri |
Dekabr 2011-ci il |
4.2. |
Vergi ödəyiciləri ilə bank idarələri arasında hesabların açılması və borcların büdcəyə alınması məqsədilə hesablara sərəncamların qoyulması barədə elektron məlumat mübadiləsinin aparılması işinin genişləndirilməsi və banklarla inteqrasiyanın təkmilləşdirilməsi |
Vergi borclarının məcburi alınması işinin təşkili idarəsi, Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi
|
2011-2012-ci illər |
5. |
Göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi |
||
5.1. |
E-imzanı təqdim edən Sertifikatlaşma Mərkəzi ilə inteqrasiyanın təmin edilməsi |
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi, Maliyyə-təsərrüfat idarəsi |
E-imzanın tətbiqi başlanıldıqdan sonra 2 ay müddətində |
5.2. |
E-İmzadan istifadə etməklə İnternet Vergi İdarəsində əməliyyatların aparılmasının təmin olunması |
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi |
Avqust 2011-ci il |
5.3. |
Vergi və rüsumların Vergilər Nazirliyinin internet portalı vasitəsilə ödənilməsi üçün elektron ödənişin aparılması imkanlarının yaradılması
|
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi Vergi borclarının məcburi alınması işinin təşkili idarəsi |
Dekabr 2011-ci il |
5.4. |
Fiziki şəxslərin e-imzadan istifadə etməklə internet vasitəsi ilə vergi uçotuna alınması üçün proqram təminatının hazırlanması
|
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi |
Sentyabr 2011-ci il |
5.5. |
Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi |
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi, Maliyyə-təsərrüfat idarəsi, Daxili təhlükəsizlik baş idarəsi |
Iyul 2011-ci il |