Fontu böyüt:
Boface.BJ adlandırılan virus, Facebook hesablarına bir mesaj göndərir. Sizə elə gəlir ki, mesajı dostlarınızdan biri göndərib.
Mesajda bir YouTube videosunun ünvanı olur. Bu ünvana basıldığında görünüşü YouTube oxşar saxta bir sayta keçirsiz.
Sayt istifadəçiyə media player yükləməsini təklif edir. Əgər istifadəçi saxta proqramı yükləyərsə virus kompüterinə keçmiş olur.
Bundan 4 saat sonra isə istifadəçiyə sistemində virus olduğu xəbərdarlığı edən Boface, öz saxta anti virus proqramını satmağa çalışır.