Fontu böyüt:
Misir Mərdanov institunun fəaliyyəti ilə bağlı yalnız mətbuatdan xəbər tutduğunu deyir
«Azərbaycanda distant təhsilin inkişaf etdirilməsinə istək kimi münasibətim müsbətdir, ancaq bunun üçün gərək şərait də olsun. Açığını deyim ki, hələlik bizdə bu istiqamətdə çox az işlər görülüb. Gələcəkdə bu yöndə işlərin görülməsini düşünürük". Bu barədə təhsil naziri Misir Mərdanov ANS PRESS-ə verdiyi açıqlamasında bildirib.
Nazir 2008-ci ildən fəaliyyət göstərən Bakı İnnovasiya İnstitutunun fəaliyyətinə də münasibət bildrib: «Bu institutun yaranması üçün Təhsil Nazirliyinin razılığı olmalıdır. Nazirliyin isə bundan nə xəbəri var, nə də razılığı. İnnovasiyasiya İnstitunun fəaliyyətiylə bağlı yalnız mətbuatdan xəbər tutmuşuq»./ANS PRESS/
xeberler.az/Ellada