Fontu böyüt:
APA.AZ
Yaxın vaxtlarda Azərbaycan dindarları bir-birləri ilə internet vasitəsi ilə əlaqə saxlamağa başlayacaqlar. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
Şeyx deyib ki, hazırda ölkədə ibadət ocaqları müasir standartlara uyğun təmir edilir, texniki avadanlıqlar yenilənir: “Bu yaxınlarda “Təzə Pir” məscidi istifadəyə veriləcək. Orada yeni-yeni bölmələr fəaliyyətə başlayacaq. Biz bölgələrdəki dindarlarla da internet vasitəsi ilə əlaqə saxlayacağıq”.