İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Nyu-Yorkda “Apple” brendli qurğuların oğurlanması ən geniş yayılmış cinayətdir

21.11.2013 [22:49]

Fontu böyüt:      

Nyu-York şəhərində “Apple” brendli qurğuların oğurlanması ən geniş yayılmış cinayətlər siyahısındadır.
Nyu-York şəhərində “Apple” brendli qurğuların oğurlanması ən geniş yayılmış cinayətlər siyahısındadır. Bu barədə şəhər polis idarəsindən məlumat verilib. İdarə nümayəndələrinin sözlərinə görə, ötən il şəhərdə törədilən cinayətlərin 14 faizi bu qurğuların oğurlanması ilə əlaqədar olub. 2012-ci ildə Nyu-Yorkda ümumilikdə 16 min “iPhone” smartfonu və digər “Apple” qurğuları oğurlanıb. Polislərin sözlərinə görə, şəhərdə “Apple” qurğularının oğurlanması ilə məşğul olan çoxlu cinayətkar qruplaşmalar fəaliyyət göstərir. Buna səbəb oğurlanmış “iPhone” modellərini asanlıqla sataraq böyük məbləğdə pul əldə etməyin mümkün olmasıdır. Polis və yerli siyasi xadimlər lombardları aldıqları bütün telefonları hüquq-mühafizə orqanları əməkdaşlarının istifadə edə biləcəyi xüsusi elektron bazaya daxil etməyi təklif edirlər. Həmçinin “Apple” və digər smartfon istehsalçılarının oğurlanmış qurğuları bağlamağa məcbur etmək imkanları müzakirə olunur. Mobil telefon oğurluğunun küçə cinayətlərinin yarısını təşkil etdiyi San-Fransiskoda bu problemlə mübarizə üçün başqa üsul hazırlanıb. Belə ki, mülki geyimli polislər şəhər sakinlərinə yaxınlaşaraq “iPhone” almağı təklif etməklə onlara bunun oğurluq məhsul olması barədə xəbərdarlıq edirlər. Bundan sonra həmin şəxs telefonu almaq istədiyi zaman dərhal həbs olunur. Polislər ümid edirlər ki, bu üsulla insanlar mağazalardan kənarda telefon almaqdan ehtiyat edəcək və bunun sayəsində cinayətkarlar onları satmaq imkanından məhrum olacaq. (ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar