Fontu böyüt:
Oktyabrın 1-dən etibarən Aztelekom.net və Bakinternet dövlət provayderləri yeni tariflər haqqında elan ediblər: internetə 1 Mbit/s sürəti ilə aylıq limitsiz çıxışın qiyməti artıq 29 manatdır. Qeyd edək ki, əvvəl həmin paketin qiyməti 130 manat təşkil edirdi (4,5 dəfədən də çox enmə müşahidə olunur). Yeni tariflər barədə ətraflı məlumatlarla Aztelekom.net və Bakinternet-in saytlarında tanış olmaq olar.
Həmçinin AzDataCom şəbəkəsi çərçivəsində də internet xidmətlərinin tarifləri endirilib. Bundan əvvəl bir sıra özəl provayderlər tərəfindən də tariflərin bir neçə dəfə endirilməsi barədə elan olunmuşdur.
Belə ki, Connect, Uninet, Azeronline şirkətləri yuxarıda qeyd olunan paketin qiymətini 30 manatadək azaldıb, Smart System Technology şirkəti isə həmin paketə görə 20 manat dəyərində tarif təyin edib.