21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020” çərçivəsində Şərq Əməkdaşlığına həsr edilmiş “İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində Tədqiqat və İnnovasiya” məlumat günü keçirilib.
Xebebrler.az saytına AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Avropa Birliyi (AB), Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Kontent və Texnologiyalar üzrə Baş Direktorluğu, AMEA və Regional İnnovasiya Texnologiyaları Akademiyası tərəfindən maliyyələşdirilən iki layihənin dəstəyi və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Avropa komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İKT təşkilatlarının ekspertləri, təhsil, elmi-tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.