İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11.11.2008 [10:46]

Fontu böyüt:      

Bu gün Bakıda XIV Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (Bakutel 2008) öz işinə başlayır.
Bu gün Bakıda XIV Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (Bakutel 2008) öz işinə başlayır.
İnformasiya texnologiyaları sahəsində regionun ən iri sərgisi olan bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilir. 
Ümumilikdə bu ilki sərgidə 21 ölkədən 100-dən çox şirkət iştirak edəcək. Tədbirdə təmsil olunan iştirakçıların 40%-dən çoxu isə yerli şirkətlər olacaq. Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı və texnologiyaları, proqram təminatı və avtomatlaşdırılma sistemləri, bank texnologiyaları və xidmətləri və digər bölmələrin təqdim olunması nəzərdə tutulub.
Bu ilki sərgidə peyk rabitəsi sektoruna daha yüksək diqqət veriləcək. Belə ki bu istiqamətdə sərgidə ayrıca peyk texnikası bölməsi təqdim olunacaq.
Bundan əlavə tədbir çərçivəsində Bakıda rabitə və informasiya texnologiyaları sahəsinin nazirlərinin regional görüşü keçiriləcək. Görüşün məqsədi 20 ölkəni birləşdirəcək Trans-Avrasiya super informasiya magistralının yaradılmasına dair layihənin müzakirəsidir. Qeyd edək ki həmin magistralın yaradılması ideyası Azərbaycana məxsusdur.
Sərgi zamanı “Azərbaycan – İsrail”, “Azərbaycan - Estoniya” İKT seminarlarının və “Kaliforniya İKT missiyasının görüşü”nün keçiriləcəyi planlaşdırılıb.
Bakutel 2008 noyabr ayının 14-dək davam edəcək.
Mənbə: mincom.gov.az
xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar