Fontu böyüt:
Hər il olduğu kimi bu il də Ümumdünya Poçt İttifaqı (ÜPİ ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edib və müsabiqəyə mövzu təqdim edib. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndəriləcək.
İnşa müsabiqəsinə üç mövzu təqdim olunub. Onlardan birincisini - “Özünüzü meşədə bitən ağac kimi təsəvvür edin. Kiməsə məktub yazın və izah edin ki, nəyə görə meşələri qorumaq belə vacibdir” (15 yaşa qədər olan məktəblilər) Ümumdünya Poçt İttifaqı təklif edib. “Biz qalib gələcəyik” və “Vətən mübariz əsgər çağırır” adlı ikinci və üçüncü mövzular isə müvafiq olaraq Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC tərəfindən təklif olunub.
Müsabiqənin qalibləri üçün aşağıdakı məbləğdə pul mükafatları təyin edilib:
1-ci yer – 3 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer – 6 nəfər – hər biri 60 manat (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer – 9 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici - 12 nəfər – hər biri 30 manat (hər bir mövzu üzrə 4 nəfər). Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 500-dən 800 sözədək olmalıdır. Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 01.10.2010-cu il tarixinədək aşağıdakı ünvana göndərilə bilər: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36
mənbə: mincom.gov.az