21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın ABŞ-dakı diasporunun iştirakı ilə ABŞ-ın “Facebook” və Rusiyanın “Odnoklassniki.ru” resurslarına oxşar, türkdilli millətlər üçün sosial şəbəkə yaradılıb.
www.turkica.com ümumtürk saytının başlıca məqsədi dünyanın türkdilli millətləri arasında ünsiyyət, münasibətlərin yaradılması, eləcədə ictimai, sosial və humanitar layihələrin birgə həyata keçirilməsi üçün virtual məkanın yaradılmasından ibarətdir.
Hazırda sınaq mərhələsində olan şəbəkə ingilis, türk və rus dillərində fəaliyyət göstərir. Burada artıq xeyli istifadəçi qeydiyyatdan keçib və onların sayı durmadan artır, 1news yazır.
Azərbaycan-Amerika Şurasının (ABŞ) sədri Cavid Hüseynov bu barədə qeyd edib ki, həmin şəbəkə dünya üzrə Azərbaycan diasporu nümayəndələrinin fəaliyyətlərinin əlaqələndirilməsi, eləcədə türkdilli təşkilatların və diaspor strukturların fəalları ilə birgə fəaliyyət üçün əla imkanlar yaradacaq.