Fontu böyüt:
Ramazan bayramı ərəfəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyi tərəfindən Bakı şəhərində 1,2 kVt-lıq DVB-T rəqəmli vericisi istismara verilib. Yeni verici Azərbaycanda rəqəmsal televiziya yayımına keçid proqramı çərçivəsində qurulub.
Bu verici vasitəsi ilə 10 TV kanal yayımlanır.Bundan əlavə Astara şəhəri və ətraf yaşayış məntəqələrində İctimai TV proqramının keyfiyyətli yayımını təmin etmək məqsədi ilə 3 kVt-lıq verici quraşdırılıb istismara verilmişdir.