İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlanıldı

06.02.2012 [12:49]

Fontu böyüt:      

Elektron formada təqdim olunan xidmətlərlə bağlı ayrıca icmalın hazırlanması nəzərdə tutulub
Multimedia Mərkəzi  dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlayıb. Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli və peşəkar formada dövlət qurumlarının informasiya açıqlığı  vəziyyətini araşdırır və müvafiq Hesabatlar və dövlət qurumlarının  informasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edir.

Bu il həyata keçiləcək Monitorinq prosesində yerli icra hakimiyyəti orqanlarının da rəsmi resurslarının açıqlıq və şəffaflıq vəziyyəti araşdırılacaq.  Həmçinin bu ilki Monitorinq prosesində  eyni anda dövlət qurumları tərəfindən elektron formada xidmət göstərilməsinə hazırlıq vəziyyəti,  eyni zamanda hazırda elektron formada təqdim olunan xidmətlərin də keyfiyyəti və əldə olunma vəziyyəti də Monitorinq olunacaq.

Monitorinq prosesi “İctimai informasiya subyektlərinə məxsus ictimai  informasiyaların açıqlanması  vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir.   

Dövlət qurumlarının informasiya açıqlığı  vəziyyətini müəyyən etmək üçün aparılan Monitorinq ölkə qanunvericiliyi  və  beynəlxalq  təcrübə nəzərə  alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan  Metodika əsasında  gerçəkləşdirilir.  Yerli icra hakimiyyəti orqanlarının Monitorinqi məqsədilə hazırlanan metodikada yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.

Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi nəzərdə tutulub.  

Yarım il müddətində davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə  icmal  və tövsiyələrin hazırlanması, informasiya  açıqlığı üzrə Reytinq  Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.

Elektron formada təqdim olunan xidmətlərlə bağlı ayrıca icmalın hazırlanması nəzərdə tutulub.

Bu ilki Monitorinq prosesində 65  Mərkəzi icra hakimiyyəti orqanları ( Nazirliklər, Dövlət Komitələri və s) və 60 rayon və şəhər icra hakimiyyətinin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması, xidmətlərin elektron formada təqdim edilməsi ilə bağlı situasiyanın üzə çıxarılması nəzərdə tutulub.

Daha  geniş məlumat  www.informasiya.org  saytında  yerləşdirilib.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar