Fontu böyüt:
NETIZEN (Internet Citizen) Yeni Media təşkilatının həyata keçirdiyi “PodBloq” Podkastinq layihəsi çərçivəsində fevral ayının 18-19-20-də 3 günlük podkast-audiobloqçuluq təlimləri keçirilmişdir. Layihənin məqsədi Azərbaycanda podkast mədəniyyətinin formalaşmasıdır. Təlimdə jurnalistika fakultəsinin tələbələri, jurnalistlər, gənc bloqçular və podkastla məşğul olmaq istəyən gənclər iştirak ediblər.
Azərbaycanda ilk dəfə keçirilən podkast təlimləri zamanı təlimçilər Xanım Cavadova (www.cive.az) və Azər Nəzərov (www.velvele.az) iştirakçılara podkast haqqında nəzəri məlumatlar veriblər. İştirakçılar səslə işləmək, səsin montajı, podkastın hazırlanması və bloqda yerləşdirilməsinin nəzəri və texniki tərəflərini öyrənərək, daha sonra praktikada tətbiq ediblər. Təlimin sonunda iştirakçılar tərəfindən 3 gün ərzində hazırlanmış podkastlar xüsusilə təlim tapşırıqları üçün yaradılmış www.podkastbloq.com bloqunda yerləşdirilmişdir.
Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində podkast təlimlərinin və seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Artıq Azərbaycanda ilk podkast bloqu www.podkast.az istifadəyə verilmişdir. Bu bloqda podkasterlər müxtəlif mövzularda podkastlar hazırlayıb yerləşdirə bilərlər. PodBloq layihəsi ərzində keçiriləcək təlimlər zamanı iştirakçıların hazırladıqları ən yaxşı podkastların da bu bloqda yerləşdirilməsi nəzərdə tutulmuşdur.