Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi avqustun 4-də təxminən saat 15- 18:45 radələrində Reportyor İnformasiya Agentliyinin internet səhifəsinə Azərbaycandan (Ria.Az) giriş qadağan edilmiş, saytın e-maili ([email protected]) bağlanmışdı.Bu haqda məlumatı saytın təsisçisi, Zülfüqar Xeyirxəbər yaydığı bəyanatda qeyd etmişdi.
Bu gün,xeberler.az olaraq həmin problemlə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Delta Telekomla əlaqə saxladıq.Delta Telekomun texniki direktoru Rahid Ələkbərli qurumun ria.az saytında yaranmış problemə görə məsuliyyət daşımadığını bildirdi: “Biz , məhkəmənin qərarı olmadan hansısa sayta blok qoymaq səlahiyyətinə sahib deyilik. Bu cür qərar olduqda RİTN vasitəsilə bizə daxil olur. Deyilən saytla bağlı bizə belə bir sənəd daxil olmayıb. Ona görə də bu məsələdə Delta Telekomu nədəsə iddiham etmək yersizdir”
Rahid Ələkbərli həmçinin bildirdi ki, məsələ ilə əlaqədar onlar saytın təsisçisi ilə də əlaqə saxlayıblar: "Onların serverləri xaricdə yerləşdiyindən bizə məlumat verdilər ki, güya Azərbaycandan sayta girişə məhdudiyyət qoyulması haqda həmin serverin yerləşdiyi yerdən məktub alıblar.Biz həmin məktubla tanış olmaq istəsək də, bu istəyimiz yerinə yetirilmədi."
Ria.az saytının təsisçisi Zülfüqar Xeyirxəbərlə də əlaqə saxladıq.Təsisçi problemin artıq həll olunduğunu və yaranmış vəziyyətlə bağlı günahkar qismində konkret ad çəkmək istəmədiyini bildirdi.